Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (WADA) birgə təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərindəki “Stade Jean Bouin”də “Avropada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılması: Ortaq məsuliyyət” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın əsas məqsədi dopinq maddələrinin idmanda və idmandan kənar mühitdə, xüsusilə rekreativ idman, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə yayılmasının qarşısının alınması üzrə mövcud çağırışları və mümkün həll yollarını müzakirə etmək olub.
Qabil YUSİFOĞLU
XQ