Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın şimalındakı Evreux şəhərində avtomobil barın yaxınlığında toplaşan insanların üzərinə çırpılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
Məlumata əsasən hadisənin qəsdən törədildiyi ehtimal olunur.
Bildirilir ki, səhər saat 4 radələrində şəhərin mərkəzindəki şərab barında mübahisə düşüb.
Mühafizəçilərin iştirakçıları müəssisədən çıxarmasından sonra onlardan biri avtomobilinə əyləşərək, yüksək sürətlə insanların üzərinə sürüb.
Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı 3 nəfər, o cümlədən bir qadın saxlanılıb.
Günay