Fransada Azərbaycanın qolf turizmi imkanları tanıdılıb

22.10.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Oktyabrın 19-22-də Fransanın Kann şəhərində keçirilən “International Golf Travel Market (IGTM) 2026” beynəlxalq sərgisində Azərbaycan milli stendlə təmsil olunub.

Bu barədə XQ-yə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Turizm Bürosu (ATB) və “Dreamland Golf Club” sərgi çərçivəsində ölkənin qolf turizmi imkanlarını beynəlxalq turizm şirkətlərinə və sahə üzrə mütəxəssislərə təqdim ediblər.

Qolf turizmi üzrə ixtisaslaşmış beynəlxalq tədbirlərdən biri olan sərgidə müxtəlif ölkələrin turizm istiqamətləri, kurortları, qolf klubları, turizm agentlikləri və turoperatorları təmsil olunub. B2B görüşlər zamanı turizm məhsulları, bazar imkanları və qolf turizmi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sərgi çərçivəsində qolf texnologiyaları, pərakəndə satış, geyim və aksesuarlar, eləcə də qolf klublarının idarə edilməsi sahələrində fəaliyyət göstərən şirkətlərlə təcrübə və məlumat mübadiləsi aparılıb.

Azərbaycanın sərgidə iştirakı ölkənin qolf turizmi istiqaməti kimi beynəlxalq səviyyədə tanıdılması, bu sahədə fəaliyyət göstərən xarici şirkətlərlə işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə xidmət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью