Fransada BƏDBƏXT HADİSƏ: Avtobus çaya düşdü

30.04.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Fransanın Essonne departamentində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın “Le Figaro”ya istinadən məlumatına görə, sərnişinlərlə dolu avtobus körpüdən çıxaraq Sena çayı üzərinə düşüb.

Hadisə yerinə dərhal xilasetmə və təcili yardım briqadaları cəlb olunub, hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. Zərərçəkənlərin sayı və vəziyyəti hələ açıqlanmayıb.

Qəzanın səbəbləri araşdırılır, ilkin ehtimallar idarəetmənin itirilməsi və ya texniki nasazlıqdır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью