Fransada bələdiyyə polisinin əməkdaşları saxlanılıblar

10.04.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 10 aprel, AZƏRTAC

Fransada Vilnöv-Sən-Jorj şəhər bələdiyyə polisinin 11 əməkdaşı saxlanılıb.

AZƏRTAC “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, onlar iş zamanı şəxsi əşyaları oğurlamaqda və zor tətbiq etməkdə ittiham olunurlar.

Əməliyyat çərçivəsində saxlanılanların iş yerlərində axtarış aparılıb.

Vilnöv-Sən-Jorj bələdiyyəsinin rəhbəri Kristell Niasm saxlanılmış əməkdaşlara dəstəyini ifadə edib.

Hüquq-mühafizə orqanları prosedurun növbəti mərhələsi barədə açıqlama verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью