Fransada borclanma riskinin artması narahatlıq doğurur

22.10.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada borclanma riskinin artması narahatlıq doğurur.

Banco.az xəbər verir ki, ABŞ və Almaniyanın dövlət istiqrazlarının gəlirliliyi azaldığı halda Fransanın dövlət istiqrazlarının gəlirliliyi kəskin artıb. Nəticədə Fransa ilə Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərq 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Fransada siyasi parçalanma səbəbindən parlamentin büdcə ilə bağlı razılığa gələ bilməyəcəyi ehtimalı və davam edən etirazlar bazar əhval-ruhiyyəsinə mənfi təsir göstərən əsas amillər kimi önə çıxır.

Ölkənin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5,142 faizə çataraq 2002-ci ildən bəri ən yüksək səviyyəsini sınaqdan keçirib. Bakı vaxtı ilə saat 17:50-də isə həmin istiqrazların gəlirliliyi 10,5 baza bəndi artaraq 5,07 faizdən yuxarı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью