Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa hakimiyyəti bu gün ölkə üzrə keçiriləcək etiraz aksiyaları zamanı ictimai asayişin qorunması üçün 70 min polis və jandarm yerləşdirəcək.
Axar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes məlumat verib.
Nazirin sözlərinə görə, təhlükəsizlik tədbirləri noyabrın 5-də keçirilən ümumxalq tətili zamanı tətbiq edilən tədbirlərlə eyni olacaq. Xüsusilə yollar və dəmir yolu stansiyalarında yoxlamalar gücləndiriləcək.
Qeyd edək ki, noyabrın 5-də keçirilən aksiyalar zamanı 642 nəfər saxlanılıb, 112 nəfər xəsarət alıb. Həmin gün ölkə üzrə 430 etiraz aksiyası keçirilib.