Fransada büdcə böhranı: 49.3 maddəsinin tətbiqi hökumətin uğursuzluğu kimi qiymətləndirili…
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada 2026-cı il büdcəsinin qəbul edilməsi üçün Konstitusiyanın 49.3 maddəsinin tətbiqi siyasi gərginliyə səbəb olub.
“Əyilməz Fransa” (La France Insoumise -LFI) partiyasının Milli Assambleyadakı fraksiya sədri Matild Pano bu addımı hökumətin uğursuzluğu kimi qiymətləndirərək, hökumətə qarşı etimadsızlıq təklifi (motion de censure) irəli sürəcəklərini bəyan edib.
AZƏRTAC xəbər verir ki, Matild Pano 49.3 maddəsindən istifadənin “Lökornü hökumətinin açıq-aşkar iflası olmasını, buna görə də müxalifətin hökuməti senzura edəcəyini sözlərinə əlavə edib.
Onun sözlərinə görə, Baş nazir Sebastyan Lökornü hökumətin məsuliyyətini Konstitusiyanın 49.3 maddəsi əsasında üzərinə götürəcəyini elan etməklə əvvəl verdiyi vədləri pozub.
Matild Pano bu qərarın azlıqda olan və yalan danışan bir hökumət tərəfindən verildiyini bildirib.
O vurğulayıb ki, hökumət ötən ilin oktyabrında 49.3-dən imtina edəcəyinə söz vermişdi.
LFI lideri əlavə edib ki, etimadsızlıq təklifinin hazırlanması üçün kommunistlər və ekoloqlar fraksiyası ilə danışıqlar aparılıb və böyük ehtimalla bu təşəbbüs birgə təqdim olunacaq.
Tam oxu
Xəbəri oxu