Fransada büdcə həyəcanı: Hər şeyi maliyyələşdirə bilmərik

15.09.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada büdcə həyəcanı: Hər şeyi maliyyələşdirə bilmərik.

Banco.az xəbər verir ki, Fransanın Baş naziri Sebastyan Lekornu ölkəsinin artıq hər şeyi maliyyələşdirmək imkanının qalmadığını bildirərək 2027-ci il büdcəsi çərçivəsində nazirlikləri qənaət etməyə çağırıb.

Fransada 2027-ci il büdcə layihəsi ilə bağlı müzakirələrin gələn ay parlamentdə başlaması gözlənilir.

Milli mətbuatda yayılan xəbərlərə görə, Lekornu dünən gələn ilin büdcəsi ilə bağlı nazirliklərə məktub göndərib.

Məktubda 2027-ci il büdcəsi çərçivəsində müdafiə xərcləri istisna olmaqla, dövlət xərclərinin bu ilki büdcə ilə eyni səviyyədə saxlanılması istənilib. Nazirliklərə isə qənaət tədbirləri həyata keçirmək çağırışı edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью