Fransada çılpaq kişi bıçaqla kilsəyə hücum etdi

23.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa polisi Briv kommunasında kilsəyə bıçaqla hücum edən çılpaq kişiyə atəş açıblar.

Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla saat 14.30-da baş verib.

Bıçaqla silahlanmış çılpaq kişi Sen-Marten kilsəsinə hücum edib və təhdidlər yağdırmağa başlayıb. O, mehraba yaxınlaşaraq bir neçə dəfə özünə soyuq silahla zərbə endirib.

Hadisə yerinə gələn polis əməkdaşları onu sakitləşdirməyə çalışıblar, kişi müqavimət göstərib və zərərsizləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью