Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransada COVİD 2026-cı ilin sentyabr ayının əvvəlində geri qayıdıb.
Bakıvaxtı.az “actu.fr”ə istinadən xəbər verir ki, COVID-19 şübhəsi ilə təcili yardım şöbəsinə müraciətlərdə cüzi artım müşahidə olunub. 1 iyun 2026-cı il tarixində hər 100 min nəfərdən yalnız 10,9-u COVID şübhəsi ilə bağlı təcili yardım şöbəsinə müraciət edirdisə, 24 avqust 2026-cı il tarixində, son qeydə alınan rəqəmlərə əsasən, bu rəqəm altı dəfədən çox artaraq hər 100 min nəfərdən 66-ya çatıb.
Düzdür, bu rəqəm epidemiyanın pik həddi ilə müqayisədə xeyli aşağıdır və hətta 2025-ci ilin oktyabr ayı ilə müqayisə edilə bilməz (hər 100 min nəfərə 494,2 yoluxma halı), lakin yenə də artmaqdadır. Keçən payızdakı vəziyyətə bənzərdir, lakin daha aşağı rəqəmlərlə ifadə olunur. Lakin bu, yeni bir COVİD dalğasına məruz qalacağımız anlamına gəlmir. Çünki bu günə qədər xəstəxanaların həddindən artıq sıxlığı və ya həddindən artıq ölüm halları barədə heç bir məlumat yoxdur.
Epidemioloq Antuan Flaholt qeyd edib ki, sağlam gənclər üçün çox narahat olmağa ehtiyac yoxdur:
“Yaşlı və zəif insanlar əvvəlki COVİD-19 peyvəndləri ilə xəstəliyin ağır formalarından qorunmalıdırlar”.
Aydın Baxış