525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın şimalındakı Pa-de-Calais departamentində yağan güclü yağışlar təxminən 20 yaşayış məntəqəsinə təsir edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa meteorologiya agentliyi “Meteo-France” məlumat yayıb. Bildirilib ki, yağış və daşqın riski səbəbindən Pa-de-Calais departamentində artıq 3 gündür "narıncı" həyəcan siqnalı verilib.
Lauch, Pas-de-Calaisdə təxminən 20 yaşayış məntəqəsi və 30 yol daşqından təsirlənib. Bölgədəki iki məktəb təxliyə edilib.
Leysan yağışları gündəlik həyata da mənfi təsir göstərir. Belə ki, Fruges şəhərinin ortasından keçən yol su altında qalıb. Sakinləri bir nöqtədən digərinə daşımaq üçün traktorlardan istifadə olunur.
İbrahim Cəfərov