Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi

10.07.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi

Fransa millisinin DÇ-2026-nın 1/4 finalında Mərakeş üzərində qazandığı qələbədən sonra keçirilən bayram zamanı faciə yaşanıb.

QOL.az xəbər verir ki, bu barədə "La Voix du Nord" məlumat yayıb.

Fransanın Onua-Emeri şəhərində 17 yaşlı qız yük avtomobilinin qoşqusuna çıxmağa çalışarkən müvazinətini itirib. O, avtomobilin təkərləri altında qalıb.

Hadisə yerinə gələn həkimlər yeniyetmənin aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bildiriblər.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın 1/4 finalında Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Fransa növbəti mərhələdə İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью