Fransada dəhşətli istilər ABŞ ittiham olundu

30.06.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Fransada rekord istilər fonunda Paris merinin müavini Odri Pulvar ABŞ-ı iqlim böhranının dərinləşməsində məsul tərəflərdən biri adlandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Parisdə kondisionerlərin azlığına görə tənqidlər səsləndirən amerikalılara cavab olaraq ABŞ-ın qlobal istiləşməyə böyük təsir göstərdiyini bildirib.

Pulvarın sözlərinə görə, ABŞ-da yüksək istixana qazı emissiyaları və kondisionerlərdən geniş istifadə iqlim dəyişikliyini sürətləndirən amillərdəndir.

Qeyd edək ki, bu həftə Parisdə temperatur 40 dərəcəni keçib və ölkənin bir çox bölgəsində isti hava ilə bağlı xəbərdarlıqlar edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью