Fransada dəmir yolu işçiləri tətil keçicərəklər AZƏRTAC

26.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 noyabr, AZƏRTAC

Fransa Dövlət Dəmir Yollarının (SNCF) əməkdaşları növbəti tətilə hazırlaşırlar.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, həmkarlar təşkilatları dekabrın 11-də axşam saatlarından başlayaraq tətil keçirmək barədə qərar qəbul edib. Etiraz aksiyasına səbəb SNCF-in yük bölməsinin özəlləşdirilməyə çıxarılmasıdır. Dəmir yolçuların həmkarlar təşkilatları konfederasiyaları özəlləşdirməyə moratorium qoyulması tələbini irəli sürüb.

Qeyd edək ki, SNCF-in yük bölməsinin özəlləşdirilməsi tələbini Avropa Komissiyası irəli sürüb. Komissiya bu bölməyə dövlət dotasiyasını əsassız hesab edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью