Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

17.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 17 oktyabr, AZƏRTAC

Fransanın 4 həmkarlar ittifaqı dəmir yolu işçilərini noyabrın 5-də tətil etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, TF1 telekanalının məlumatına görə, “CGT Cheminots”, “UNSA Ferroviaire”, “Sud Rail” və “CFDT Cheminots” həmkarlar ittifaqları dəmir yolu işçilərinin əməkhaqlarının artırılmasını və iş yerlərində əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Dəmir yolu işçiləri noyabrın 3-də isə Fransanın Milli Dəmir Yolları Şirkətinin Sen-Denidə yerləşən binasının qarşısında toplaşmağa çağırılıb. Həmin gün şirkətin baş direktoru Jan Kastekslə görüş planlaşdırılıb.

Qeyd edək ki, Fransada noyabrın 5-də məktəblilərin, özəl sektor işçilərinin və pensiyaçıların da iştirakı ilə 2027-ci il büdcə layihəsində nəzərdə tutulan tədbirlərə qarşı aksiyaların keçirilməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью