Fransada dövlət qulluqçularına qadağa

28.01.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransada dövlət qulluqçularının “Zoom”, “Microsoft Teams” və “Google Meet” kimi ABŞ-nin videorabitə platformalarından istifadə etməsi qadağan olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa hökumətinin nümayəndəsi “Politico” nəşrinə bildirib.

Məlumata görə, yaxın günlərdə məmurlar üçün “Visio”dan istifadəni nəzərdə tutan sərəncam dərc olunacaq.

“Yerli “Outscale” şirkətinin infrastrukturu əsasında işləyən platformadan artıq təxminən 40 min dövlət qulluqçusu istifadə edir. Hakimiyyət istifadəçilərin sayını 250 min nəfərə çatdırmağı planlaşdırır və dövlət şəbəkələri vasitəsilə xarici xidmətlərə girişin texniki məhdudlaşdırılmasını istisna etmir”, - qəzet yazır.

Xatırladaq ki, daha əvvəl Fransa hakimiyyət orqanları “WhatsApp” və “Telegram”dan istifadədən imtina edərək, onları milli mesencer xidməti olan “Tchap” ilə əvəz edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью