Icma.az bildirir, 525.az portalına istinadən.
Fransa Daxili İşlər Nazirliyinə bağlı dövlət qurumuna kiberhücum edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumla bağlı istintaq başladılıb, hücum nəticəsində şəxsi məlumatların sızdırıla biləcəyi bildirilib.
Yerli mətbuatın yazdığına görə, Fransa Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin istehsalı və idarə edilməsindən məsul olan qurum olan ANTS aprelin 15-də kiberhücuma məruz qalıb. Bu səbəbdən də şəxsi məlumatların sızmış ola biləcəyi qeyd edilib, lakin söhbətin konkret neçə nəfərdən getdiyi qeyd olunmayıb.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Fransada son vaxtlar dövlət qurumlarına kiberhücumlar artıb.
Martın 19-da Fransa Təhsil Nazirliyi 243 min personalın şəxsi məlumatlarına təsir edən təhlükəsizlik pozuntusu ilə üzləşdikləri, martın 25-də isə kiberhücum nəticəsində 770 min tələbənin məlumatlarının sızmasını açıqlayıb.
İbrahim Cəfərov