Fransada dövlət sistemlərini SÜNİ İNTELLEKT QORUYACAQ

18.08.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Fransanın büdcə naziri David Amiel bildirib.

Onun sözlərinə görə, süni intellekt dövlət sistemlərinin təhlükəsizliyini sınaqdan keçirmək üçün tətbiq ediləcək.

Qeyd edilib ki, Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin ötən həftə məlumat verdiyi kiberhücum nəticəsində təxminən 700 min vergi ödəyicisinin məlumatları oğurlanıb.

Fransanın vergi idarəsinin rəhbəri Ameli Verdye həmçinin bazar ertəsi aşkar edilmiş və araşdırılması davam edən yeni məlumat sızıntısı barədə də bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью