Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Fransada Ebola virusuna yoluxma halı qeydə alınıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusunun aşkarlandığını açıqlayıb.
Məlumata görə, bu, son dövrdə Fransa ərazisində qeydə alınan ilk Ebola yoluxmasıdır. Bildirilib ki, ölkənin Baş naziri Sebastyan Lekornu vəziyyəti nəzarətdə saxlayır.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm hadisəsindən sonra mayın 15-də Ebola epidemiyası elan edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə mayın 17-də beynəlxalq ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Bildirilir ki, hazırkı epidemiya Ebola virusunun nadir “Bundibuqyo” ştamı ilə əlaqədardır və onun üçün hələlik təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.