Fransada əczaçılar işi dayandıracaq

14.08.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Fransada hökumətin dərman şirkətlərinin generik dərmanlara tətbiq etdiyi endirim faizini azaltmaq siyasətinə etiraz edən əczaçıların 16 avqustda tətilə çıxacağı bildirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Əczaçılar Birliyi Həmkarlar İttifaqının (USPO) sədri Pyer-Olivye Varito hökumətin dərman şirkətlərinin generik dərmanlara tətbiq etdiyi endirim dərəcəsini azaltmasını “fəlakət” adlandırıb. Onun sözlərinə görə, bu addım əczaxanaların bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb ola bilər.

Əczaçıların təxminən 90 faizinin 16 avqustda bir günlük olaraq işini dayandırması gözlənilir.

Həmkarlar ittifaqı rəsmiləri, hökumət tələblərə cavab vermədiyi halda aksiyaları genişləndirəcəklərini bəyan ediblər.

Ləman İLKİN.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью