Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa polisi milyarder iş adamı Elon Maska məxsus X sosial şəbəkəsinin ofislərinə basqın edib. Soruşturma çərçivəsində Elon Mask ifadə verməyə çağırılıb.
Sherg.az xəbər verir ki, Paris Prokurorluğu X şirkəti və onun rəhbərliyi tərəfindən alqoritmlərin mümkün sui-istifadəsi və saxta məlumatların əldə edilməsi ilə bağlı bir ildən artıqdır davam edən araşdırmanı genişləndirib.
Açıqlamaya görə, X platformasının süni intellekt əsaslı “Grok” çatbotunun fəaliyyəti ilə bağlı daxil olan şikayətlər istintaqın əsas istiqamətlərindən biridir. Araşdırma çərçivəsində qanunsuz məzmunların, o cümlədən uşaq istismarı xarakterli materialların saxlanılması və yayılması iddiaları da yoxlanılır.
Məlumata görə, Elon Mask və X-in keçmiş baş direktoru Linda Yakkarino 20 aprel tarixində məhkəmədə ifadə verməyə çağırılıb. Digər şirkət əməkdaşları isə şahid qismində dindirilməlidir.