Fransada etiraz aksiyalarına görə 70 min polis səfərbər edildi

30.10.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransada oktyabrın 31-də keçiriləcək etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkə üzrə 70 min polis və təhlükəsizlik əməkdaşı səfərbər olunub.

BAKU.WS xəbər verir ki, daxili işlər naziri Laurent Nunez şənbə gününün ictimai asayiş baxımından yüksək riskli olacağını bildirib. O, bəzi radikal qrupların zorakılıq çağırışları etdiyini və mümkün iğtişaşlara qarşı sərt tədbirlər görüləcəyini vurğulayıb.

Həmkarlar ittifaqları, tələbələr və bəzi siyasi qruplar maaşların aşağı olması, yaşayış xərclərinin artması və dövlət xidmətləri ilə bağlı narazılıqlara görə aksiyalara çağırış ediblər. Noyabrın 5-də isə ölkə üzrə ümumi tətilin keçirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью