Icma.az, Qol.az saytına istinadən bildirir.
Fransada keçirilən etiraz aksiyaları ilə əlaqədar futbol matçlarından birinin vaxtı dəyişdirilib.
QOL.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının (LFP) yaydığı məlumata görə, oktyabrın 25-də yerli vaxtla saat 20:45-də keçirilməsi planlaşdırılan qarşılaşma oktyabrın 26-na, saat 20:30-a təxirə salınıb.
Buna səbəb polis idarəsinin təhlükəsizliklə əlaqədar matçın əvvəlcədən müəyyənləşdirilmiş tarixdə keçirilməsini qadağan etməsidir.
Qeyd edək ki, Fransada tələbələrin də dəstəklədiyi “Sarı jiletlilər” hərəkatı oktyabrın 17-dən etibarən yaşayış xərclərinin artmasına və yanacağın bahalaşmasına qarşı etiraz aksiyaları keçirir.
Məlumata görə, aksiyalar zamanı təxminən 2500 nəfər saxlanılıb, 1000-dən çox polis, jandarm və yanğınsöndürən xəsarət alıb. Minlərlə ticarət obyektinə ziyan dəyib və ya onlar talan edilib.
Fransa hökuməti mümkün iğtişaşların qarşısını almaq məqsədilə Paris, Lill, Lion, Nitsa və Marsel başda olmaqla bəzi şəhərlərdə qismən komendant saatı tətbiq etmək qərarına gəlib.