Fransada etiraz dalğasının pərdəarxası: Le Pen hakimiyyətə gələ bilər?

20.10.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransada baş verən etirazlar ictimai asayişlə bağlı müzakirələri gücləndirib, ifrat sağçıların yüksəlişini isə yenidən gündəmə gətirib.

Turkustan.az xəbər verir ki, yaranmış siyasi şəraitdə Marin Le Penin atacağı addımlar və hakimiyyətə gələcəyi təqdirdə Türkiyə-Fransa münasibətlərinin hansı istiqamətdə dəyişəcəyi diqqət doğurur.

Bir vaxtlar öz atasını partiyasından uzaqlaşdıran Le Penin hakimiyyətə gəlməsi Fransanın hüdudlarından kənarda da siyasi müzakirələrə səbəb ola bilər. Bəs hazırkı böhran Le Penin siyasi gələcəyinə necə təsir edəcək? Onun rəhbərlik edəcəyi mümkün hökumət Türkiyə ilə münasibətlərə necə yanaşacaq? Bu suallar Fransada yaranmış siyasi mənzərənin diqqətçəkən tərəflərindəndir.

Təhsil sistemindəki problemlərə və yaşayış xərclərinin artmasına etiraz olaraq başlayan nümayişlər zorakılıq hadisələri ilə yeni mərhələyə qədəm qoyub. Əvvəlcə tələbələrin rəhbərlik etdiyi aksiyalara müəllimlər, valideynlər, həmkarlar ittifaqlarının üzvləri və “Sarı jiletlilər” hərəkatının tərəfdarları da qoşulublar. Beləliklə, etirazlar cəmiyyətin daha geniş təbəqələrini əhatə edib.

Bəzi ərazilərdə talanlar, yanğınlar və ictimai binalara hücumlar baş verib. Limoj şəhər meriyasının yandırılması, Liondakı tarixi turizm ofisinin hədəfə alınması və müxtəlif şəhərlərdə ticarət obyektlərinin talan edilməsi hadisələrin miqyasını göstərib.

Məlumata görə, etirazlarda yüz minlərlə insan iştirak edib. Baş verənlər Fransada təkcə ictimai asayişlə bağlı deyil, həm də hökumətin böhranı idarəetmə qabiliyyəti, ölkənin iqtisadi vəziyyəti və sosial problemləri ətrafında müzakirələri gücləndirib.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью