Fransada etirazçılar Rolex və Louis Vuitton butiklərini talan etdilər VİDEO

18.10.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Fransanın Marsel şəhərində tələbələrin və dövlət sektoru işçilərinin kütləvi etiraz aksiyaları fonunda naməlum şəxslər "Rolex" və "Louis Vuitton" lüks brendlərinin butiklərini yararaq qarət ediblər.
Bizim.Media xəbər verir ki, mütəşəkkil etirazlar və iğtişaşlar Lion, Lill və Strasburq da daxil olmaqla ölkənin bir sıra iri şəhərlərini əhatə edib.
Məlumata görə, aksiya iştirakçıları ölkə ərazisində yüzlərlə məktəbin fəaliyyətini bloklayıblar. Hüquq-mühafizə orqanları tərəfindən 1000-dən çox şəxs saxlanılıb.
Şəhərlərin mərkəzi küçələrində etirazçılarla polis qüvvələri arasında şiddətli toqquşmalar davam edir. Hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.



Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью