Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransadakı kütləvi etirazlar və Ukraynadakı vəziyyət fonunda avro əsas qlobal valyutalara qarşı zəifləyir.
Bakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu gün Asiyada ticarət əməliyyatları zamanı Avropa valyutası dollara qarşı 0,5% ucuzlaşaraq 1 dollar üçün 1,1183 avroya çatıb.
Milli Avstraliya Bankının eksperti Rodriqo Katril bildirib ki, Fransadakı etirazlar hakimiyyət orqanlarının sərt iqtisadi tədbirlər tətbiq etməsini daha da çətinləşdirəcək və bu, avronun daha da ucuzlaşmasına səbəb ola bilər.
Avropa üçün artan geosiyasi risklər yüksək enerji qiymətlərinin yaratdığı gərginliyi daha da artırır və bu da regionun iqtisadi artımını yavaşlatmaq təhlükəsi yaradır.
Gülşən Şərif