Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada təhsil sistemindəki problemlər, məktəblərdə kadr çatışmazlığı və yaşayış xərclərinin artması ilə bağlı narazılıqlar ümumölkəmiqyaslı etirazlara səbəb olub.
Turkustan.az xəbər verir ki, sentyabr ayında başlayan tələbə aksiyaları dünən həmkarlar ittifaqlarının təşkil etdiyi tətil və nümayişlərlə birləşib.
Etirazçılar əməkhaqlarının artırılmasını, dövlət xidmətlərinin yaxşılaşdırılmasını və təhsil sisteminə daha çox vəsait ayrılmasını tələb ediblər.
Fransanın Nensi şəhərində lisey şagirdləri müxtəlif məktəblərin qarşısında aksiya keçiriblər. Paytaxt Parisdə keçirilən nümayişlərlə yanaşı, Varokuaux, Puankare və Janna d'Ark liseylərinin ətrafında da etirazlar baş tutub. Şagirdlər bəzi yolları bağlayıb, zibil konteynerlərini yandırıblar. Polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən saat 17:00-a qədər ölkə üzrə etiraz yürüşlərində təxminən 600 min nəfər iştirak edib.
İşçilərin, tələbələrin və təqaüdçülərin qatıldığı nümayişlərdə yaşayış xərclərinin artması, alıcılıq qabiliyyətinin azalması, təhsil və dövlət xidmətlərinə ayrılan resursların yetərsizliyi əsas narazılıq mövzuları olub.
Etirazlar ictimai nəqliyyat və dəmir yolu xidmətlərində fasilələrə səbəb olub. Həmçinin Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb, bəzi məktəblərdə isə dərslər dayandırılıb.
Aytən Yaşar/Turkustan.az