Fransada etirazlar mağazalar talan edildi

17.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, Marseldə onlarla mağaza qarət edilib. Oxşar hadisələr Bordo, Lion, Nitsa və digər böyük şəhərlərdə də baş verib. Burada üzlərini gizlədən və nümayişlərə qoşulan qruplar kütləvi iğtişaşlar təşkil ediblər. Parisdə isə Strasburq-Sen-Deni rayonunda və Kapuçines bulvarında bir neçə mağaza qarət edilib.

Fransa paytaxtında iğtişaşlar günortadan bəri davam edir və Respublika Meydanından şəhərin hər yerinə yayılıb. Luvr muzeyinin yaxınlığında kiçik etirazçı qruplar sahildə böyük tıxac yaradıblar. Maska geyinmiş şəxslər avtomobillərin şüşələrini sındırıblar.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazadan istifadə edib.

Aksiyalarda 500 mindən çox insan iştirak edib. 200 nəfər həbs olunub.(Teleqraf)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью