Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 21-i yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları zamanı Fransa boyunca 70 minə yaxın polis və jandarm asayişi təmin edəcək.
"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.
Nazirin sözlərinə görə, təhlükəsizlik tədbirləri əvvəlki kimi qalacaq: "Gücləndirilmiş rejim oktyabrın 17-dən qüvvədədir. Qətiyyətlə hərəkət edilməsi barədə göstərişlər verirəm".
L.Nunyes həmçinin bildirib ki, hakimiyyət aksiyalarda radikal solçu qrupların və "qara blok" taktikası ilə hərəkət edən iştirakçıların peyda olacağını gözləyir. Onun sözlərinə görə, polis hüquq-mühafizə qüvvələrinin əməkdaşlarına qarşı hücumlara mane olmaq üçün tədbirlər görəcək.
Parisdə həmkarlar ittifaqları və gənclər təşkilatları birliyi Respublika meydanından Millət meydanına qədər yürüş elan edib. Aksiyaya mənzil hüququnu müdafiə edən fəallar da qoşulacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin