Modern.az saytına istinadən Icma.az xəbər verir.
Fransa hökuməti pirotexniki vasitələrin satışını müvəqqəti olaraq qadağan edib. Müvafiq qərar Fransa Respublikasının Rəsmi Bülletenində dərc olunub.
Modern.az xəbər verir ki, qadağa noyabrın 27-dək qüvvədə olacaq. Məhdudiyyət fişənglərə, raketlərə, pirotexniki batareyalara, minaatan mərmilərinə və Roma şamlarına şamil ediləcək.
Fransa mediasının məlumatına görə, qərara səbəb etiraz aksiyaları zamanı nümayişçilər tərəfindən pirotexniki vasitələrdən istifadə olunmasıdır.
Ölkədə etiraz aksiyaları oktyabrın ortalarından keçirilir və ilk aksiyalar kütləvi iğtişaşlarla müşayiət olunub.