Fransada evli cütlüklər üçün qaydalar dəyişir

30.01.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa Milli Assambleyası rəsmi nikahda ərlə arvad arasında müəyyən öhdəliklərin ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəd təsdiq üçün Senata göndərilib.

Milli.Az xəbər verir ki, qanun layihəsi qadın hüquqları qruplarının tənqidlərindən sonra gündəmə gətirilib. Onlar nikah öhdəliyi anlayışının bəzən razılıq olmadan cinsi əlaqəni əsaslandırmaq üçün sui-istifadə edildiyini bildiriblər.

Yeni layihəyə əsasən, nikahda "birgə yaşamaq" anlayışı tərəflərdən heç birini cinsi münasibətə məcbur edə bilməz. Qeyd olunur ki, Fransa Mülki Məcəlləsində nikahla bağlı sədaqət, maddi təminat, kömək və birgə yaşamaq kimi vəzifələr yer alsa da, cinsi yaxınlıq ayrıca öhdəlik kimi göstərilmir.

Xatırladaq ki, keçmişdə məhkəmə qərarlarında "birgə yaşamaq" anlayışı bəzən "nikah borcu" kimi şərh edilib. 2019-cu ildə bu əsasla bir boşanma işi gündəmə gəlsə də, Avropa İnsan Hüquqları Məhkəməsi bunu boşanma üçün əsas saymayıb. 

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью