Fransada evtanaziya leqallaşdırılıb

19.08.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron ölkədə evtanaziyanın leqallaşdırılmasına dair qanunu imzalayıb. 

525.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

İyulun ortalarında bu təşəbbüs Fransa parlamenti tərəfindən təsdiqlənib, bundan sonra ölkənin Konstitusiya Şurası 14 avqustda bu qanunu Fransa konstitusiyasına uyğun olduğunu açıqlayıb.

Qanun Fransada ağır və sağalmaz xəstəliyin gec və ya son mərhələsində olan şəxslərə evtanaziya hüququnun verilməsini nəzərdə tutur. Prosedurun tətbiqi xəstənin müalicəsi mümkün olmayan və ya müalicənin dayandırılmasından sonra dözülməz həddə ağrılardan əziyyət çəkdiyi halda mümkün olacaq. Bunun üçün müraciət etmək hüququ 18 yaşdan yuxarı, Fransa vətəndaşı olan və ya ölkədə qanuni əsaslarla daimi yaşayan şəxslərə veriləcək.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью