Fransada Eyfel qülləsi müvəqqəti bağlanıb

24.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin ziyarətçiləri ikinci və üçüncü mərtəbələr arasındakı liftdə yaranan texniki nasazlıqlara görə təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Nəşrin məlumatına görə, yanğın siqnalı qısaqapanma səbəbindən işə düşüb. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq təxliyə həyata keçirilib.

Hadisənin səbəbləri araşdırılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью