Fransada fermerlər etiraz aksiyasına başlayıblar

12.11.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 12 noyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun “Mercosur” razılaşması ilə bağlı son bəyanatlarına etiraz məqsədilə yüzə yaxın traktor ölkənin cənubundakı Tuluza şəhərinin mərkəzinə gətirilib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, fermerlər Makronun Latın Amerikası ölkələri ilə azad ticarət sazişinə (“Mercosur”) “müsbət, lakin ehtiyatla” yanaşdığına dair açıqlamasına sərt reaksiya veriblər. Onun addımı kənd təsərrüfatı birlikləri tərəfindən “xəyanət” kimi qiymətləndirilib.

Kənd təsərrüfatı üzrə həmkarlar ittifaqının (FNSEA) rəhbərləri Emmanuel Makronu sözünə əməl etməməkdə günahlandırıblar.

İlk dəfə olaraq FNSEA ilə yanaşı, A64 magistralının blokadası ilə tanınan “Ultra fermer qrupu” da etiraza qoşulub. Qrupun lideri Jeroı Bele Cənubi Amerikadan ucuz qiymətə gətirilən ət məhsullarının Fransa bazarına vuracağı zərər barədə xəbərdarlıq edib.

Fermerlərin tələbləri təkcə “Mercosur” razılaşması ilə məhdudlaşmır. Onlar gəlirlərin azalması, istehsal xərclərinin artması ilə bağlı narazılıqlarını bildiriblər.

Fermer təşkilatlarının nümayəndələri ölkə Prezidenti ilə görüşə ümid etdiklərini deyiblər.

Onlar diqqətə çatdırıblar ki, Makron “Mercosur” sazişini qəbul etsə, ölkə miqyaslı aksiyalar keçirəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью