Fransada fermerlər Parisin mərkəzində etiraz aksiyası keçirir

13.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Fransada fermerlər bir həftə ərzində ikinci dəfə olaraq Parisə traktorlarla daxil olaraq şəhərin mərkəzində etiraz aksiyası keçirir.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, onlar Avropa İttifaqı ilə Mercosur (Cənubi Amerika İqtisadi İnteqrasiya Bloku) arasında sərbəst ticarət razılaşmasına etiraz edirlər.

Etirazçılar hesab edirlər ki, bu razılaşma Braziliya və digər Cənubi Amerika ölkələrindən daha ucuz kənd təsərrüfatı məhsullarının gətirilməsinə səbəb olacaq və yerli fermerlərin bazarını zərbə altında qoyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью