Fransada gecə klubunda atışma olub, üç nəfər yaralanıb

27.09.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Fransanın Venisyo kommunasında naməlum şəxs gecə klubunun terrasında atəş açıb, nəticədə üç nəfər yaralanıb.

Bu barədə BFM TV telekanalı məlumat yayıb.

Məlumata görə, silahlı hücumu həyata keçirən şəxs hadisə yerindən elektrik skuteri ilə qaçıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью