Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi

19.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Fransada davam edən etirazların şiddətlənməsi fonunda, Lill başda olmaqla ölkənin şimalındakı bir sıra şəhərlərdə küçəyə çıxmaq qadağası tətbiq edilib.

Axar.az xəbər verir ki, baş verən hadisələrin qarşısını almaq məqsədilə qəbul edilən qərara əsasən, məhdudiyyət bu gün və sabah saat 20:00-dan səhər saat 06:00-dək qüvvədə olacaq.

Qadağanın tətbiq olunduğu gecə saatlarında hüquq-mühafizə orqanları küçələrdə patrul xidmətini gücləndirəcəklər. Rəsmilər bölgə sakinlərini narahatlıq yaşamamaları üçün göstərilən saatlarda küçəyə çıxmamağa və yerli hakimiyyət orqanlarının elanlarını diqqətlə izləməyə çağırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью