Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada ABŞ-nin Google şirkətinin bütün əmlakına Rus şirkətinin — “Google” MMC-nin müraciəti əsasında həbs qoyulub.
Redaktor.az xəbər verir ki, bu barədə “Art de Lex” hüquq firmasının partnyoru Artur Zurabyan “Izvestiya” qəzeti ilə söhbətində bildirib.
Zurabyanın məlumatına görə, Google France şirkətinə dərhal icra olunmalı olan qərar verilib: 100% səhmləri həbs edilib. Bu, Paris məhkəməsində Google International LLC şirkətinə qarşı “Google” MMC tərəfindən verilmiş iddianın baxılması ilə bağlıdır.
“Google” MMC-nin iddiası Moskva Arbitraj Məhkəməsinin qərarına əsaslanır. Qərarda deyilir ki, borclu şirkət kreditorlara öhdəliklərini ödəməkdən yayınmaq məqsədilə dividendləri bilərəkdən ödəyib.
Cari ilin mart ayında Moskva Arbitraj Məhkəməsi Google-un Rusiyadakı keçmiş rəhbəri Yuliya Solovyovanın əmlakına 232 milyon rubl həbs qoymuşdu. Bu, “Google” MMC-nin konkurs idarəçisi Valery Talyarovski tərəfindən irəli sürülmüş məhkəmə iddiası ilə bağlıdır. O, Google International LLC, Google LLC və Google Ireland Limited şirkətlərinə qarşı məhkəməyə müraciət etmişdi.
Xədicə BAXIŞLI