Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Fransanın şimalında güclü yağışdan sonra çayda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən təxminən 800 nəfər təxliyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Pa-de-Kale departamentindəki Kanş çayında suyun səviyyəsi maksimum həddə çatıb. Daşqınlar səbəbindən cümə axşamından bəri təxminən 800 nəfər təxliyə edilib", - departamentdən bildirilib.
Əlavə olaraq, 800-dək yaşayış evini su basıb, 170 mənzilin elektrik enerjisi kəsilib.
Şənbə günü daşqınlarla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub.