Fransada hava şəraiti 23 nəfəri yaraladı

15.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransanın cənubunda güclü yağışlar və daşqınlar nəticəsində 23 nəfər xəsarət alıb, bir qadın itkin düşüb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Le Parisien" qəzeti məlumat yayıb.

Bildirilir ki, Ero departamentində Monpelye şəhəri yaxınlığındakı Moqio kommunası ərazisində itkin düşən 73 yaşlı qadının axtarışları davam etdirilir. Oksitaniya regionunun Lünyel kommunasında isə daşqınlar nəticəsində 23 nəfər xəsarət alıb. Nim və Qalyarq şəhərləri arasındakı A9 avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Bir sıra digər yollar da su altında qalıb.

Fransanın meteorologiya xidməti "Météo-France"ın məlumatına görə, noyabrın 15-nə keçən gecə Monpelye ərazisində xüsusilə intensiv yağıntılar qeydə alınıb. Monpelye-Frejorg hava limanında 190 millimetrədək yağıntı düşüb. Bunun 153 millimetri üç saat, 89 millimetri isə cəmi bir saat ərzində qeydə alınıb.

Qeyd olunur ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yanğınsöndürmə və xilasetmə xidmətlərinə 100-dən çox müraciət daxil olub. Müraciətlərin əksəriyyəti avtomobillərində köməksiz vəziyyətdə qalan sürücülərdən gəlib.

Bazar günü səhər saatlarında "Météo-France" Ero, Qar və Buş-dü-Ron departamentlərində yağış və daşqınlarla bağlı elan edilmiş narıncı təhlükə səviyyəsini ləğv edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью