Fransada hava şəraitinə görə NARINCI xəbərdarlıq elan edildi

06.01.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransada Florian qasırğası səbəbindən 19 əyalətdə xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

"Meteo France"-nin məlumatına görə, Atlantik sahillərindən gələn Florian fırtınasının ölkənin şimalındakı Vende əyalətindən başlayaraq paytaxt Paris də daxil olmaqla, İle-de-Fransa bölgəsini təsir edəcəyini bildirib. 

Sürətinin saatda 110 kilometrə çatdığı təxmin edilən "Floriane" qasırğasının axşam saatlarına qədər təsirini davam etdirəcəyi gözlənilir.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью