Fransada havanın temperaturu rekord həddə çatdı

29.07.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Avropanı isti hava dalğası bürüyüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Meteonovosti” xəbər agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakovanın teleqram kanalında məlumat verib.

Bildirilib ki, İspaniyada temperatur 41°C-yə çatıb.

Ən yüksək temperatur İspaniyanın Toledo şəhərində qeydə alınıb. Fransanın Bordo şəhərində hava temperaturu rekord həddə – 37,1°C-yə yüksəlib (bu, 1921-ci ildə qeydə alınmış 35,8°C-lik əvvəlki rekordu üstələyib). Bununla belə, həmin bölgədə yüksək temperaturlar tez-tez meşə yanğınları ilə müşayiət olunur. Yaxın günlərdə Fransada istilərin bir qədər azalacağı gözlənilir, lakin hələlik yağıntı proqnozlaşdırılmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью