Fransada Həmkarlar ittifaqlarının çağırışı ilə dövlət sektorunda tətil başlayıb

13.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 13 may, AZƏRTAC

Fransada dövlət sektorunda fəaliyyət göstərən Həmkarlar ittifaqlarının çağırışı ilə mayın 13-dən etibarən dövlət qulluğu işçiləri tətilə başlayıblar.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ötən həftə Ümumi Əmək Konfederasiyası (CGT), eləcə də UNSA, FSU, “Solidaires” və CFE-CGC kimi təşkilatlar vergi siyasətindən, əməkhaqqı ilə bağlı ümumi tədbirlərin görülməməsindən, işçilərə qarşı ayrı-seçkilik, stereotiplər və qərəzli münasibətdən narazılıqlarını ifadə ediblər.

Tətil çərçivəsində müxtəlif şəhərlərdə aksiyaların keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью