Fransada hərbi poliqonda keçirilən əyləncədə 30 dan çox insan xəsarət alıb

03.05.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Fransanın Şer departamentindəki Burj şəhəri yaxınlığındakı hərbi təlim poliqonunda keçirilən əyləncə zamanı 30-dan çox insan xəsarət alıb.

"Report"un "franceinfo"ya istinadən verdiyi məlumata görə, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

Hadisə yerinə şəxsən baş çəkən nazir bildirib: "28 nəfərin vəziyyəti sabit, beş nəfərin vəziyyəti isə ağırdır. 12 nəfər isə, o cümlədən narkotiklə bağlı səbəblərdən xəstəxanaya aparılıb".

Daha əvvəl bildirilib ki, 1 may tarixində keçirilən şənlik başlayandan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları çoxlu sayda qanun pozuntusu, o cümlədən 75 qanunsuz narkotik saxlama halı aşkar ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью