Fransada ifrat sağçı lider mənimsəmədə təqsirli bilinib

31.03.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Fransada ifrat sağçı lider Marin Le Peni mənimsəmədə ittiham olunur.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Le Penin Avropa Parlamentinin (AP) üzvü olduğu müddətdə qondarma məsləhət xidmətləri üçün AP vəsaiti ilə iki nəfərə maaş ödədiyi iddia edilir.

2015-ci ildə Fransada Milli Cəbhə Partiyasından seçilmiş bəzi deputatlar, o cümlədən 2004-2016-cı illər arasında Avropa Parlamentində “qondarma iş” yaratdıqlarına görə cinayət işi açılıb.

Paris prokurorluğu Le Penə və onun atası Yan-Marie Le Pen də daxil olmaqla partiyanın bəzi deputatlarına AB vəsaitlərindən sui-istifadə və “cinayəti gizlətmək” ittihamı ilə iddia qaldırmışdı.

Bazar ertəsi Fransa məhkəməsi Marine Le Pen-i mənimsəmədə təqsirli bilib. Onun cəzasının nə qədər davam edəcəyi və bunun ifrat sağçı liderin siyasi gələcəyinə necə təsir edəcəyi hələ açıqlamayıb.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью