Fransada iğtişaşlar zamanı 8 polis xəsarət alıb

20.09.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın mərkəzində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı 8 polis əməkdaşı xəsarət alıb, 5 nəfər saxlanılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, iğtişaşlar sentyabrın 19-da axşam saatlarında polisin motosikletlərlə kütləvi yürüş edən şəxslərlə bağlı daxil olan şikayətlər əsasında Rabatri rayonuna gəlməsindən sonra başlayıb. Hüquq-mühafizə orqanlarının yoxlama aparmaq cəhdi zamanı patrulla motosiklet toqquşub. Qəza nəticəsində ayağından xəsarət alan motosikletçi xəstəxanaya yerləşdirilib, avtomobili idarə edən polis əməkdaşı isə saxlanılıb.

Hadisədən sonra ərazidə vəziyyət gərginləşib. Onlarla şəxs hüquq-mühafizə əməkdaşlarına tərəf pirotexniki vasitələr atıb, polislərə və yerli sakinlərə məxsus dörd avtomobili yandırıb. Bölgəyə əlavə xüsusi təyinatlı qüvvələr cəlb edilib və asayiş sentyabrın 20-si səhər saatlarında bərpa olunub. (teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью