Fransada iğtişaşlardan sonra 2700 nəfər saxlanılıb

22.10.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransada oktyabrın 17-də baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen jurnalistlərə açıqlamasında bildirib.

“Ümumilikdə 2700 nəfər saxlanılıb, onlardan 217-si şənbə günündən etibarən həbsdədir”, – nazir deyib.

O qeyd edib ki, həbs edilənlərin yarısının əvvəllər məhkumluğu olmayıb. “Həqiqətən də son dərəcə sərt tədbirlər görülüb”, – o əlavə edib.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью