Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

18.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 oktyabr, AZƏRTAC

Fransada oktyabrın 17-də baş verən və 10 saatdan çox davam edən iğtişaşlar dövlət və özəl müəssisələrə ciddi ziyan vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes iğtişaş dalğasının ilkin nəticələrinə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Dəymiş ziyanın əhəmiyyətli dərəcədə böyük olduğunu vurğulayan nazir bildirib ki, vurulan ziyanın dəqiq qiymətləndirilməsi aparılır.

Loran Nunyes əlavə edib ki, yaranmış vəziyyətə baxmayaraq, ölkə rəhbərliyi hələlik fövqəladə vəziyyət rejiminin tətbiq olunmasını nəzərdə tutmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью