Fransada iki tramvay toqquşub 8 yaralı

19.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Parisin cənubunda tramvay qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tiaisdəki Verdun-Hoche stansiyasında gözləyən tramvay eyni xətt üzrə hərəkət edən başqa bir tramvayla toqquşub. Qəza nəticəsində 8 nəfər yüngül xəsarət alıb.

Yerli vaxtla saat 19:47-də baş verən qəzadan sonra tramvaylardan birinin ön hissəsinə ciddi ziyan dəyib.

Qəzanın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью